Bacanaqlar arasında yaranmış mübahisə ölümlə nəticələnib

Bacanaqlar arasında yaranmış mübahisə ölümlə nəticələnib
# 13 fevral 2007 11:46 (UTC +04:00)
Zaqatala rayonunun Yuxarı Tala kəndində bacanaqlar arasında yaranmış mübahisə ölümlə nəticələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 5-də Zaqatala Rayon Polis Şöbəsinə kənd sakini Səməd Ramazanovun bacanağı Camal Məmmədovun onun evində yıxılaraq ölməsi barədə xəbər daxil olub. Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, həmin gün qohumlar arasında münaqişə baş verib. Münaqişə zamanı bacanaqlar əlbəyaxa olub və S.Ramazanov C.Məmmədovu itələyib. Nəticədə S.Məmmədov yıxılıb və aldığı xəsarətdən yerindəcə keçinib. S.Ramazanov həbs olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR