“ALFA İnsurance” şirkəti yaxın günlərdə yeni “tibbi sığorta” proqramının icrasına başlayacaq

“ALFA İnsurance” şirkəti yaxın günlərdə yeni “tibbi sığorta” proqramının icrasına başlayacaq
# 13 fevral 2007 12:06 (UTC +04:00)
Azərbaycanın “ALFA İnsurance” sığorta şirkəti yaxın günlərdə yeni “tibbi sığorta” proqramının icrasına başlayacaq. Şirkətin direktor müavini Vüsal Abbasovun APA-ya verdiyi məlumata görə, yeni sığorta proqramın tətbiqi məqsədilə şirkət artıq bir çox dövlət və qeyri-dövlət tibb müəssisələri ilə xidmətlərin göstərilməsinə dair müqavilə imzalayıb.
V.Abbasovun sözlərinə görə, sığortalı şəxs bilavasitə sığorta şirkəti ilə bağlanmış müqavilə əsasında həmin tibb müəssisələrinə müraciət edə bilər. Proqramda illik sığorta haqqının məbləği tibbi xidmətlər paketindən asılı olaraq 300-350 manat arasında müəyyənləşib.
Qeyd edək ki, təsisçisi “Texnikabank” olan “ALFA İnsurance” sığorta şirkəti (əvvəlki “Murad İnsurance”) 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-i vəziyyətinə şirkətin nizamnamə kapitalı 1,5 mln AZN təşkil edir. Hazırda şirkət 25 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR