Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları erməni əsirliyində olan Samir Məmmədova baş çəkiblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları erməni əsirliyində olan Samir Məmmədova baş çəkiblər
# 13 fevral 2007 12:36 (UTC +04:00)
Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları ermənilərin ötən il dekabrın 24-də əsir götürdüyü Azərbaycan Ordusunun hərbçisi Samir Nazim oğlu Məmmədova növbəti dəfə baş çəkiblər. Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Gülnaz Quliyeva məlumat verib. G.Quliyeva bildirib ki, bu, qurum əməkdaşlarının əsirlə 10-cu görüşüdür. Komitənin nümayəndələri ailəsinin göndərdiyi məktubu azərbaycanlı hərbçiyə çatdırıblar.
Qeyd edək ki, Qazaxdakı “N” saylı hərbi hissədə xidmət edən kiçik çavuş S.Məmmədov hərbi xidmətə Bərdə Hərbi Komissarlığından çağırılıb. S.Məmmədov dekabrın 24-də xidmət etdiyi hərbi hissədən 15 km aralıda, neytral zonada Qazax-İcevan sərhədində əsir götürülüb. Azərbaycanlı hərbçinin üzərində silah-sursat olmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR