Bacısını qəsdən öldürməyə cəhddə ittiham olunan şəxsin məhkəməsi gələn həftə keçiriləcək

Bacısını qəsdən öldürməyə cəhddə ittiham olunan şəxsin məhkəməsi gələn həftə keçiriləcək
# 13 fevral 2007 14:16 (UTC +04:00)
Fevralın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Nüşabə Ağayevanın sədrliyi ilə öz bacısını qəsdən öldürməyə cəhddə ittiham olunan İlkin Vəzirovun işi üzrə məhkəmə baxışı keçiriləcək. Bu barədə APA-ya məhkəmədən məlumatı verilib. İttiham aktına görə, İ. Vəzirov 2006-cı il oktyabrın 6-da saat 23 radələrində yetkinlik yaşına çatmayan bacısı Esmira Vəzirovaya yaşadıqları binanın qarşısına əvvəllər tanımadığı oğlanla gəldiyini irad tutub və buna görə də onların arasında mübahisə yaranıb. İ. Vəzirov bacısından qisas almaq niyyəti ilə bacısının yaşadığı evin qarşısına gəlib və onu bıçaqla vurub. Zərərçəkmişin müqaviməti nəticəsində İ. Vəzirov bacısını öldürməyə nail olmayıb. O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetməyə cəhd) maddəsi ilə ittiham olunur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR