Qara dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan üzrə yeni stratgeiyasını təsdiqləyib

Qara dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan üzrə yeni stratgeiyasını təsdiqləyib
# 13 fevral 2007 14:42 (UTC +04:00)
Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) Salonikdə (Yunanıstan) keçirilən 55-ci toplantısında Azərbaycan üzrə 2007-2010-cu illər üzrə stratgeiyası təsdiq olunub. APA-nın bildirdiyinə görə, bu barədə jurnalistlərə iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov məlumat verib. Strategiya çərçivəsində QTİB Azərbaycana limitsiz investisiyaların ayrılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Azərbaycan QTİB-ə 1998-ci ildə üzv qəbul olunub. Bank bu günədək Azərbaycana müxtəlif layihələr üzrə 17 mln. ABŞ dollarından artıq vəsait ayırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR