Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant vəzifələrin tutulması üçün müsabiqə elan edib

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant vəzifələrin tutulması üçün müsabiqə elan edib
# 13 fevral 2007 14:49 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Sənaye və Energetika Nazirliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadakı vakant vəzifələrin tutulması üçün müsabiqə elan edib. Bu barədə APA-ya Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilib. Məlumatda bildirilir ki, dövlət qulluğunda inzibati vəzifələrin 6-cı təsnifatı üzrə 6 vakansiyaya namizədlərin seçilmə prosesi qanunvericiliyə uyğun olaraq Komissiya tərəfindən aparılır. Müsabiqədə iştirak etmək arzusunda olanlar sənədlərini 30 gün müddətində Komissiyaya təqdim etməlidir. Sənədlər yoxlanıldıqdan sonra namizədlər müsabiqənin ilk mərhələsi olan test imtahanlarına buraxılacaqlar. Birinci mərhələdə tələb olunan balı toplayan namizədlərlə söhbət aparılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR