Bu gün BBVB-nin valyuta bölməsində 4,257 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 4,257 mln. dollarlıq əqd bağlanıb
# 13 fevral 2007 14:50 (UTC +04:00)
Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8698 AZN/$1 təşkil edib.
BBVB-dan APA-ya verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8699 AZN/$1, USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 252 242 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatn dollara qarşı məzənnəsi dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 3 450 494 AZN, manatın orta məzənnəsi 0,8698 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 4,257 mln. dollar və ya 3 702 736 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 532 125 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və rus rublu üzrə də sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 14,51%, ABŞ dolları üzrə isə illik 14,47% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR