Azərbaycan Beynəlxalq Bankı Dubay, Lüksemburq və Nyu-Yorkda nümayəndəliklər açacaq

Azərbaycan Beynəlxalq Bankı Dubay, Lüksemburq və Nyu-Yorkda nümayəndəliklər açacaq
# 13 fevral 2007 15:04 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində nümayəndəliyini açmaq niyyətindədir. Bu barədə APA-ya ABB-nin mətbuat xidmətinin rəhbəri Rauf Ağayev məlumat verib. Gələcəkdə bu nümayəndəliyin ABB-nin törəmə bankına çevrilməsi planlaşdırılır.
R.Ağayevin sözlərinə görə, bununla yanaşı ABB-nin Lüksemburq və Nyu-York şəhərlərində də nümayəndəliklərinin açılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, hazırda ABB-nin iki törəmə bankı - “ABB-Moskva” və “ABB-Gürcüstan”, London və Frankfurt şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir. ABB-nin respublika daxilində isə 35 filialı mövcuddur.
Xatırladaq ki, hazırda ABB-nin nizamnamə kapitalı 59,1 mln. manat təşkil edir və burada dövlətin iştirak payı 50,2%-dir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR