İTV Yayım Şurasının 3 üzvü yenidən seçiləcək

İTV Yayım Şurasının 3 üzvü yenidən seçiləcək
# 13 fevral 2007 15:15 (UTC +04:00)
İctimai Televiziyanın (İTV) Yayım Şurasının 3 üzvünün fəaliyyət müddəti bitdiyindən Milli Televiziya və Radio Şurası (MTRŞ) onların yerinə yeni nümayəndələr seçilməsi prosedurunu həyata keçirəcək. Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli məlumat verib. N. Məhərrəmli bildirib ki, idman təşkilatlarının nümayəndəsi Ağacan Əbiyev, dini qurumların təmsilçisi Hacı Salman Musayev və yaradıcı təşkilatlardan seçilən Altay Zahidovun 2 illik fəaliyyət müddəti başa çatıb. MTRŞ fevralın 20-də idman, fevralın 21-də dini, fevralın 23-də isə yaradıcı qurumların nümayəndələrinin seçilməsi üçün iclas keçirəcək. Hər yer üçün 2 namizəd irəli sürüləcək və onlardan biri Milli Məclis tərəfindən 6 illiyə seçiləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR