Rüşvət almaqda ittiham olunan hərbçinin məhkəməsi keçirilib

Rüşvət almaqda ittiham olunan hərbçinin məhkəməsi keçirilib
# 22 fevral 2007 16:32 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlə üzrə Hərbi Məhkəmədə hakim Qədim Babayevin sədrliyi ilə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu kapitan Elçin Səmədovun işi üzrə məhkəmə baxışı keçirilib. Prosesdə dövlət ittihamçısı Toğrul Hüseynov ittiham aktını elan edib. İttiham aktına görə, E. Səmədov MN-nin “N” saylı hərbi hissəsinin 2-ci motoatıcı taborunun 4-cü motoatıcı bölüyünün komandiri vəzifəsində olarkən 2005-ci i dekabrın 31-də hərbi hissənin qarşısında bölüyün əsgəri Həsən Abbasovun qohumları ilə görüşərək övladlarının hərbi xidmətdə rahat yaşaması üçün 100 ABŞ dolları rüşvət alıb. Bundan başqa, o, H. Abbasovun bölüyün əşya anbarına cavabdeh təyin edilməsi üçün 50 AZN təkrar rüşvət alıb. 2006-cı ilin iyul ayında H. Abbasovun anası oğluna kiçik çavuş rütbəsi verilməsi üçün E. Səmədova 40 AZN rüşvət təklif edib. Lakin 2006-cı il avqustun 14-də H. Abbasovun öldürülməsi ilə əlaqədar olaraq ona kiçik çavuş rütbəsi verilməsinə nail ola bilməyib. Bununla da, E. Səmədov iradəsindən asılı olmayan səbəblərə görə, rüşvət alma prosesini başa çatdıra bilməyib. Dövlət ittihamçısının çıxışından sonra təqsirləndirilən şəxs qismində ifadə verən E. Səmədov ittihamlarla razılaşmadığını bildirib. Məhkəmə prosesi fevralı 27-də davam etdiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR