Azərbaycandakı sonuncu 3 çadır şəhərciyi ilin sonuna kimi ləğv ediləcək

Azərbaycandakı sonuncu 3 çadır şəhərciyi ilin sonuna kimi ləğv ediləcək
# 05 mart 2007 13:02 (UTC +04:00)
Azərbaycandakı sonuncu 3 çadır şəhərciyinin ləğvi bu ilin sonuna kimi başa çatdırılacaq. Bu barədə APA-ya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru Sənan Hüseynov məlumat verib. Onun sözlərinə görə, Saatlı və Sabirabad rayonları ərazisində çadır düşərgələrində, eləcə də İmişli rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti məskunlaşmış 4179 köçkün ailəsi üçün yeni qəsəbələrin tikintisinə artıq başlanılıb. Füzuli rayonundan olan 2104 köçkün ailəsi üçün həmin rayonda 5, Cəbrayıl rayonundan olan 1858 köçkün ailəsi üçün Biləsuvarda 5, Ağdamdan olan 35 köçkün ailəsi üçün Ağdamda, Laçından olan 21 köçkün ailəsi üçün Ağcabədi rayonu ərazisindəki Laçın Qış yataqlarında, Zəngilandan olan 161 köçkün ailəsi üçün Sabirabadda yeni qəsəbələr salınacaq. S. Hüseynov deyib ki, bu ilin sonuna kimi yeni qəsəbələrin tikintisinin tamamlanması və köçkünlərin həmin yaşayış ərazilərinə köçürülməsi nəzərdə tutulub.
Qeyd edək ki, ümumilikdə Azərbaycanda 12 çadır şəhərciyi olub. Onun 9-u artıq ləğv edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR