Ötən həftə Bakıda 35 yol-qəza hadisəsi baş verib

Ötən həftə Bakıda 35 yol-qəza hadisəsi baş verib
# 05 mart 2007 14:06 (UTC +04:00)
Ötən həftə Bakı şəhərində baş verən 35 yol-qəza hadisəsi zamanı 5 nəfər ölüb, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu barədə APA-ya Bakı şəhər Yol Polisi İdarəsinin təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, əvvəlki həftə ilə müqayisədə yol-qəza hadisələrinin sayı 5 fakt, ölüm hallarının sayı isə 3 fakt azalıb. Ötən həftə Bakı şəhərində 9.974 yol-hərəkəti qaydasının pozuntusu aşkarlanıb. Yol polisinin əməkdaşları sərxoş vəziyyətdə olan 109 sürücünü saxlayıblar. Bundan başqa 184 qəza şəraiti yaradan, 16 polisin qanuni tələbinə tabe olmayan, 7 dəmir yolunu keçmə qaydalarını pozan, 243 işıqforun qırmızı işığında keçən, 2216 təhlükəsizlik kəmərindən istifadə etməyən, 174 sürət həddini aşan sürücü saxlanılıb, 349 rəngli şüşədən istifadə edən sürücü saxlanılaraq tədbir görülüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR