Naxçıvanda 31 Mart - Azərbaycanlıların Soyqırım günü qeyd olunub

Naxçıvanda 31 Mart - Azərbaycanlıların Soyqırım günü qeyd olunub
# 28 mart 2007 13:35 (UTC +04:00)
Naxçıvan Dövlət Universitetində (NDU) 31 mart - Azərbaycanlıların Soyqırım günü ilə bağlı tədbir keçirilib. Bu barədə APA-ya NDU-nun mətbuat xidmətindən məlumat verilib. Tədbiri giriş sözü ilə acan NDU-nun rektoru, akademik İsa Həbibbəyli Azərbaycan torpaqlarına göz dikən ermənilərin xalqımıza qarşı törətdiyi misli görünməmiş faciələrdən danışıb. O, mərhum prezident Heydər Əliyevin uğurlu siyasi-ideoloji fəaliyyəti nəticəsində bu gün dünya ictimaiyyətində Azərbaycan həqiqətləri, azərbaycanlılara qarşı törədilən qətliamlar haqqında obyektiv rəy formalaşıb. Tarix elmləri namizədi Abdulla Mustafayev “Heydər Əliyev və azərbaycanlıların soyqırımına verilən siyasi qiymət” mövzusunda çıxış edib. O, soyqırımların tarixindən danışıb, 31 martın Azərbaycanlıların Soyqırım günü kimi qeyd olunması ilə bağlı 26 mart 1998-ci il tarixli fərmanının, digər fərman və qərarların tarixi əhəmiyyətindən bəhs edib. Tələbələrin azərbaycanlıların soyqırımı ilə bağlı çıxışlarından sonra tədbir iştirakçıları universitetin “Gənclik” parkındakı Soyqırım abidəsini ziyarət ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR