Salyanda baş verən yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər rayon sakini ağır yaralanıb

Salyanda baş verən yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər rayon sakini ağır yaralanıb
# 28 mart 2007 14:26 (UTC +04:00)
Salyanda baş verən yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər rayon sakini ağır yaralanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan Rayon Polis Şöbəsinin növbətçi hissəsindən məlumat verilib. Məlumatda bildirilir ki, bu gün saat 11:45 radələrində Salyan rayon sakini Vahid Məzahim oğlu Gülüşov idarə etdiyi “VAZ-2107” markalı 44 BJ 664 dövlət nömrə nişanlı avtomobillə rayonun Qarabağlı kəndi ərazisində kənd sakini 1969-cu il təvəllüdlü Kəmalə Yaqubəli qızı Səfərovanı vuraraq ağır yaralayıb. Yaralı Əli Bayramlı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxananın həkimi Rauf Səfərovun bildirdiyinə görə, xəstənin vəziyyəti ağırdır. O, hər iki bud sümüyünün sınığı və müxtəlif dərəcəli xəsarət diaqnozu ilə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR