“Milli Birlik” qəzetinin şöbə müdirinin avtomobilini qaçıran şəxslər saxlanılıb

“Milli Birlik” qəzetinin şöbə müdirinin avtomobilini qaçıran şəxslər saxlanılıb
# 08 may 2007 11:49 (UTC +04:00)
“Milli Birlik” qəzetinin şöbə müdiri, Bakı şəhər sakini Əli Bayramova məxsus “Opel” markalı avtomaşını qaçıran şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əzizbəyov Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını evinin qarşısından qaçıran Bakı şəhər sakinləri Sergey Vasilyev və Fuad Xəlilov saxlanılıblar. Faktla bağlı araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR