Jurnalistlər mayın 15-də piket keçirəcək

Jurnalistlər mayın 15-də piket keçirəcək
# 08 may 2007 12:18 (UTC +04:00)
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin Hüquqlarının Müdafiə Komitəsinin işçi qrupu bu gün keçirdiyi iclasda mayın 15-də Sabir bağında piket keçirmək barədə qərar qəbul edib. Bu barədə APA-ya “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu məlumat verib. Onun sözlərinə görə, iclasda müdafiə komitəsinin üzvü olan təşkilatlarla birlikdə söz azadlığının müdafiəsi ilə bağlı mitinqin keçirilməsi məsələsi də müzakirə edilib. Ş. Çobanoğlu mitinqdə iştirak edəcək partiyaların liderləri ilə görüşlər keçirdikdən sonra mitinqin yeri və vaxtı ilə bağlı komitənin şənbə günü keçiriləcək iclasında qərar veriləcəyini qeyd edib. Ş. Çobanoğlu mitinqin mayın 20-də keçirilməsi ilə bağlı təkliflərin olduğunu da bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR