Bərdədə 5 nəfərin yaralanması ilə nəticələnən yol-qəza hadisəsi baş verib

Bərdədə 5 nəfərin yaralanması ilə nəticələnən yol-qəza hadisəsi baş verib
# 09 may 2007 09:27 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, 26 yaşlı Ruslan Zabil oğlu Maliyevin idarə etdiyi “VAZ-2107” markalı 10 NK 773 dövlət nömrə nişanlı avtomobil şəhərin Nizami küçəsində “KamAZ-5213” markalı 60 BG 188 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə R. Maliyev, 23 yaşlı Şəbnəm Namiq qızı Maliyeva, 22 yaşlı Xalidə Məhəmməd qızı Əmirova, 51 yaşlı Zabil Yaqub oğlu Məsimov və 31 yaşlı Hacı Sadiq oğlu Əmirov yaralanıb. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində təhqiqat aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR