Vəkil Namiq Əzizov: “Ağəli Alışovun güllələnməsi ilə bağlı ballistik ekspertiza cinayətkarın müəyyənləşdirilməsinə kömək edə bilər”

Vəkil Namiq Əzizov: “Ağəli Alışovun güllələnməsi ilə bağlı ballistik ekspertiza cinayətkarın müəyyənləşdirilməsinə kömək edə bilər”
# 16 may 2007 14:16 (UTC +04:00)
Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetində tədbir zamanı ermənilər tərəfindən güllələnən azərbaycanlı tələbə Ağəli Alışovun vəkili Namiq Əzizov Moskva hüquq-mühafizə orqanları qarşısında azərbaycanlı şahidlərin dindirilməsi ilə bağlı vəsatət qaldıracaq. Bu barədə APA-ya məlumat verən vəkilin sözlərinə görə, artıq insidentlə bağlı şübhəli şəxslər və digər şahidlər dindirilib: “Balansın yaradılması üçün Azərbaycan tərəfinin də dindirilməsini xahiş edəcəyəm. Ağəli Alışov artıq dünən istintaqa ifadə verib. İstintaqın gedişi hazırda açıqlanmır. Sabah ballistik ekspertizanın nəticələri açıqlanacaq, bu nəticələr günahkarı müəyyənləşdirməyə kömək edə bilər. Bundan başqa yaxın günlərdə insidentlə bağlı üzləşdirmə də keçiriləcək. İstintaq orqanları ilk öncə tədbir zamanı çəkilmiş həvəskar videoçəkilişlərdən istifadə etmək istəsə də, sonradan kadrlardakı anlaşılmazlıqlar səbəbilə bundan imtina edilib”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR