Gəncə Polis İdarəsinin bölmə rəisini avtomobillə vurub qaçan şəxs yaxalanıb

Gəncə Polis İdarəsinin bölmə rəisini avtomobillə vurub qaçan şəxs yaxalanıb
# 13 avqust 2007 10:07 (UTC +04:00)
Gəncə şəhər Polis İdarəsinin narkomaniya ilə mübarizə bölməsinin rəisi Nizami Hüseynovu avtomobillə vurub qaçan şəxs yaxalanıb. Şəhər Prokurorluğunun müstəntiqi İqbal Tağıyevin APA-ya verdiyi məlumata görə, bu, 1975-ci il təvəllüdlü Qasımov Elşən Valeh oğludur. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu hadisə baş verən günün səhəri gün yaxalayıblar. E. Qasımov barəsində Cinayət Məcəlləsinin 351.1 (dövlət məmuruna təzyiq göstərmə) maddəsi ilə cinayət işi açılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR