Lənkəran sakininin meyiti taplıb

Lənkəran sakininin meyiti taplıb
# 13 avqust 2007 10:09 (UTC +04:00)
Avqustun 12-də axşam saatlarında Lənkəran şəhərində kişi meyiti tapılıb. Bu barədə APA-nın cənub bürosuna Lənkəran rayonlararası məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya mərkəzinin rəisi Rafiq Qasımov məlumat verib. O bildirib ki, ölən şəxsin şəxsiyyəti artıq müəyyənləşdirilib. Bu, rayonun Tütəpeştə kənd sakini, 1983-cü il təvəllüdlü Hilal Rasim oğlu Qurbanovdur. Onun meyitinin yanında iki ədəd şpris aşkarlanıb. Mərhumun qanı müayinə üçün Bakıya göndərilib. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR