Balakən sərhəd dəstəsinin əsgəri silahı ilə birlikdə xidmət yerini tərk edib

Balakən sərhəd dəstəsinin əsgəri silahı ilə birlikdə xidmət yerini tərk edib
# 13 avqust 2007 11:31 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 2007-ci ilin yanvarında Bakı şəhəri Xətai Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış 1989-cu il təvəllüdlü Elşad Nəriman oğlu Həsənov xidməti silahını da götürərək xidmət yerini tərk edib. Qeyri-rəsmi məlumata görə, komandiri ilə mübahisə edən E. Həsənov xidmət yerini tərk edərkən kiməsə xəsarət yetirib. Balakən Rayon Polis Şöbəsindən verilən xəbərə görə, əsgərin axtarışı istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Qeyd edək ki, DSX-nin rəisi Elçin Quliyevin Balakənə bu günə planlaşdırılan səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR