Zərdabda ölümlə nəticələnən yol qəzası baş verib

Zərdabda ölümlə nəticələnən yol qəzası baş verib
# 13 avqust 2007 15:45 (UTC +04:00)
Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Zərdab Rayon Polis Şöbəsindən APA-nın Aran bürosuna verilən məlumata görə, avqustun 11-də saat 17:30 radələrində 10 FG 086 dövlət nömrə nişanlı Zərdab-Mollakənd yolunun 10-cu kilometrliyində yoldan çıxaraq aşıb. Nəticədə sürücü Ucar rayonunun Xalac kənd sakini Eldəniz İsmayıl oğlu Məmmədov hadisə yerində keçinib, onun 1969-cu il təvəllüdlü həmyerlisi Etibar Davud oğlu Məmmədov isə ağır yaralanıb və Bakı xəstəxanalarından birinə göndərilib. Faktla bağlı Zərdab RPŞ-də təhqiqat aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR