Balakəndə qarətçilik edən Buzovna qəsəbəsinin sakini həbs edilib

Balakəndə qarətçilik edən Buzovna qəsəbəsinin sakini həbs edilib
# 13 avqust 2007 16:25 (UTC +04:00)
Balakən rayon Polis Şöbəsinin əməkdaşları üç gün əvvəl rayon mərkəzində yerləşən “LMC” mağazasını qarət edən Bakı sakinini həbs edib. Şöbədən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 10 avqust tarixində rayonun mərkəzində Güleysət Mirəliyevaya məxsus “LMC” mağazasını qarət edən 1982-ci il təvəllüdlü Bakı şəhəri Buzovna qəsəbəsinin sakini Əsəd Sahib oğlu Əsədov saxlanılıb. Balakən rayon sakini olan bir qızla ailə quran Ə. Əsədov rayonda kirayədə qalırmış. O, ilkin istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi başlanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR