Balakəndə narkotik alveri ilə məşğul olan rayon sakini həbs edilib

Balakəndə narkotik alveri ilə məşğul olan rayon sakini həbs edilib
# 13 avqust 2007 16:33 (UTC +04:00)
Balakən rayonunda narkotik maddələrin əkib becərilməsi, istifadəsi və alveri ilə məşğul olan rayon sakini həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Loğman İsmayılov məlumat verib. L. İsmayılovun verdiyi məlumata görə, “Xaşxaş-2007” adı altında keçirilən əməliyyat axtarış tədbirləri zamanı Balakənin Gərəkli kəndi ərazisində, kənd sakini Nazim Qurban oğlu Nastalovun yaşadığı evdən 50 qram qurudulmuş marixuana, həyətyanı sahəsindən isə 25 ədəd xüsusi halda əkib becərilmiş çətənə bitkisi aşkar edilərək götürülüb. N. Nastalovun artıq saxlanıldığını bildirən rəis müavini onun barəsində hələlik cinayət işinin başlanmadığını diqqətə çatdırıb. Qeyd edək ki, N. Nastalov narkotik maddələrdən istifadə etdiyini, narkotik maddələrin becərilməsi və alveri ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Balakən RPŞ-də araşdırmalar davam etdirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR