Maştağada ölümlə nəticələnən yol qəzası baş verib

Maştağada ölümlə nəticələnən yol qəzası baş verib
# 14 avqust 2007 10:49 (UTC +04:00)
Maştağa qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən saat 23:00 radələrində Maştağa qəsəbəsində Bakı şəhər sakinləri Elxan Talıbovun idarə etdiyi “Azsamand” markalı və Əzim Hüseynovun idarə etdiyi “Hyundai” markalı avtomaşınlar toqquşub. Nəticədə E. Talıbovun sərnişinlərindən Bakı şəhər sakini Elxan Adilxanov hadisə yerində keçinib.
Gədəbəy rayonunun Novo-İvanovka kəndində isə Çobankənd kənd sakini Nəcəf Pənahov həmkəndlisi Səbuhi Nəcəfovun idarə etdiyi “ZİL-130” markalı avtomaşının yük hissəsindən yıxılaraq ölüb. Hər iki faktla bağlı araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR