Masallıda qətl hadisəsi baş verib

Masallıda qətl hadisəsi baş verib
# 14 avqust 2007 10:58 (UTC +04:00)
Masallı rayonunda qətl hadisəsi törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Kalinovka kənd sakini Elmdar Baxşəliyev münaqişə zəminində həmkəndlisi Xanbala Ağayevi döyüb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş X. Ağayev orada ölüb. Masallı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E. Baxşəliyev tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR