Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 14 avqust 2007 11:49 (UTC +04:00)
Avqustun 14-də səhər saat 09:00 radələrində Ələt-Astara avtomobil yolunun 167-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, Masallı rayonu ərazisində Naxçıvan şəhər sakini, 1980-ci il təvəllüdlü Sirac Çingiz oğlu Həsənov idarə etdiyi “Nissan-Maxima” markalı AZ 10 BO 434 dövlət nömrə nişanlı avtomobillə Bakı istiqamətində hərəkət edərkən 1 metr hündürlüyündə qalxaraq, yolun sağ tərəfindəki ağaclara çırpılıb. Nəticədə avtomobildəki sərnişin, 28 yaşlı Naxçıvan şəhər sakini Rasim Quliyev yerindəcə keçinib. S. Həsənov isə alın nahiyəsində siyrilmə, kəllə-beyin travması və döş qəfəsinin sol arxa hissəsinin əzilməsi diaqnozu ilə Respublika Təxirəsalınmaz və Təcili Tibbi Yardım Stansiyasının Masallıdakı Regional Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir. İlkin versiya kimi hadisəyə səbəb sürücünün sürət həddini aşması və idarəetməni itirərək düzgün manevr etməməsi göstərilir. Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR