Qazaxıstan Sərhəd Xidməti: “Araşdırmalar başa çatana qədər saxlanılan 8 azərbaycanlı Azərbaycan təhvil verilməyəcək”-YENİLƏNİB

Qazaxıstan Sərhəd Xidməti: “Araşdırmalar başa çatana qədər saxlanılan 8 azərbaycanlı Azərbaycan təhvil verilməyəcək”<font color=red>-YENİLƏNİB</font>
# 14 avqust 2007 13:46 (UTC +04:00)
Bu barədə APA-ya Qazaxıstan Sərhəd Xidmətindən məlumat verilib. Hazırda təhqiqat davam edir. Təhqiqat başa çatandan sonra brakonyerlər Azərbaycana təhvil veriləcək.
“TBF-58” gəmisi Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ADDA) qeydiyyatında yoxdur. Bunu isə APA-ya ADDA-nın rəis müavini Namiq Ağamalıyev bildirib. Onun sözlərinə görə, ilkin məlumatda gəminin qanunsuz balıq ovu ilə məşğul olduğu üçün saxlanıldığı bildirilib. Bundan başqa, sözügedən gəmi limandan çıxış qaydalarını yerinə yetirməyib. Bütün bunlar isə gəminin qanunsuz fəaliyyət göstərdiyini deməyə əsas verir.
Qeyd edək ki, Qazaxıstan sərhədçiləri dünən Xəzər dənizinin ərazi sularında 8 azərbaycanlını saxlayıb. APA- “Kazinform”a istinadən yaydığı xəbərə görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb. “Sərdar” sərhəd gəmisinin ekipajı patrul xidməti həyata keçirərkən Azərbaycan bayrağı altında üzən və Bakı limanında qeydiyyatda olan “TBF-58” gəmisini aşkarlayaraq saxlayıb. Saxlanma zamanı sərhəd pozucuları müqavimət göstəriblər. Kapitan gəmini batırmaqla hədələyərək, təhlükəli manevr edib. Gəmiyə baxış zamanı 3 tona yaxın balıq və ov vasitələri tapılıb. Azərbaycan gəmisi Qazaxıstanın Bautino limanına aparılıb./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR