Lənkəranda hərbi maşının qəzaya uğraması nəticəsində 1 əsgər həlak olub

Lənkəranda hərbi maşının qəzaya uğraması nəticəsində 1 əsgər həlak olub
# 15 avqust 2007 11:25 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, nəticədə sıravi əsgər, Sabirabad Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış 1988-ci il təvəllüdlü Mərdəli Midran oğlu Şahbazov yerindəcə keçinib. Daha 7 əsgər və 1 gizir müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran şəhərindəki hərbi hospitala yerləşdirilib. Həlak olmuş əsgərin cənazəsi dəfn olunmaq üçün bu gün Sabirabada yola salınıb. Lənkəran Hərbi Hospitalından APA-nın cənub bürosuna bildirilib ki, buraya yerləşdirilmiş əsgərlərdən biri və gizir reanimasiya və intensiv terapiya şöbəsində müalicə olunur, digər 6 əsgərin vəziyyəti isə qənaətbəxşdir. İlkin versiya kimi odun yanacağı üçün ezam edilmiş hərbi maşının qəzaya uğramasına səbəb sürücünün yol-hərəkəti qaydalarını pozduğu bildirilir. Faktla bağlı Lənkəran Qarnizonunun Hərbi Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR