Rüstəm Usubovla Oruc Zalov Dəvəçidə itkin düşən qızların qətlində şübhəli bilinərək saxlanılan Təvəkül İsmayılovla görüşüblər

Rüstəm Usubovla Oruc Zalov Dəvəçidə itkin düşən qızların qətlində şübhəli bilinərək saxlanılan Təvəkül İsmayılovla görüşüblər
# 15 avqust 2007 12:02 (UTC +04:00)
APA-nın şimal bürosunun xəbərinə görə, R. Usubov cinayətin açılması və axtarış tədbirləri ilə bağlı hüquq-mühafizə orqanlarının indiyədək gördüyü işi müsbət qiymətləndirib: “Bu gün baş prokuror Zakir Qaralovun sərəncamı ilə mən, daxili işlər naziri Ramil Usubovun sərəncamı ilə Oruc Zalov Dəvəçi rayonuna ezam olunmuşuq”. O, onlarla birlikdə məhkəmə-tibb ekspertləri, mütəxəssislər, Daxili Qoşunların 100-dən çox əsgərinin də Dəvəçiyə ezam olunduğunu bildirib: “Səhər saat 08:00-dən başlayaraq Dəvəçi-Siyəzən kanalı boyunca axtarış aparılıb. Daxili Qoşunların əsgərləri 1 kilometrdən bir postlar qurublar. Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə aparılan danışıqlar nəticəsində suyun axını dayandırılıb. Axtarış axşam saat 19:00-a qədər davam etdiriləcək”.
R. Usubov Reyhanə Məcidovanın meyitinin suyun altında hansısa maneəyə ilişərək qalmasını istisna etməyib: “Ola bilsin ki, axşam su veriləndən sonra təzyiq nəticəsində meyit üzə çıxsın”. Mərhumun valideynləri, qohumları və kənd sakinləri ilə görüşdüklərini deyən baş prokurorun birinci müavini əhalinin axtarış işlərində polisə kömək etdiyini vurğulayıb. Onun sözlərinə görə, qətldə təqsirləndirilən Qələgah kənd sakini, 31 yaşlı Təvəkkül İsmayılovla da görüşüblər və ona bir sıra suallar veriblər: “Təvəkkül İsmayılovun Məcidova bacılarını təkbaşına öldürərək kanala atması, həmçinin 2 il əvvəl Diləfruz Daşdiyevanı öldürməsi barədə ifadələri istintaq tərəfindən araşdırılır. Bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək”. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR