1 milyon dollarlıq dələduzluqda ittiham olunan keçmiş polisin məhkəməsi başlayır

1 milyon dollarlıq dələduzluqda ittiham olunan keçmiş polisin məhkəməsi başlayır
# 08 dekabr 2021 09:07 (UTC +04:00)

Xüsusilə külli miqdarda dələduzluqda təsirləndirilən Elvin Həşimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın xəbərinə görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, E. Həşimli 1 milyon dollardan çox dələduzluqda ittiham olunur. O keçmiş polis əməkdaşı olub.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü(xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.
İş üzrə zərərçəkmiş şəxs qismində Möhkəm Səmədov tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR