17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

© APA | Baş Prokurorluq

# 23 iyul 2021 16:47 (UTC +04:00)

İyulun 23-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə qeyd edilib ki, 2021-ci ilin birinci yarımilində xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR