200 min manatdan çox dələduzluq edən şəxsə hökm oxunub

200 min manatdan çox dələduzluq edən şəxsə hökm oxunub
# 23 iyul 2021 16:32 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Cavanşir Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə C. Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cavanşir Qasımov 4 nəfəri aldadıb. Onlardan tikinti materialları alıb, amma pulunu ödəməyib. İş üzrə ümumi zərər 238 min manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR