Siyəzəndə itkin düşən Rusiya vətəndaşı tapılıb - YENİLƏNİB

Əmirağa Musayev

© APA | Əmirağa Musayev

# 18 oktyabr 2021 21:20 (UTC +04:00)

Siyəzən rayonu ərazisində itkin düşən 60 yaşlı Rusiya vətəndaşı tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayona qardaşının yanına gələn 1961-ci il təvəllüdlü Musayev Əmirağa Şirinbala oğlu bu gün tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, o bu ilin avqust ayının 31-də itkin düşmüşdü.

11 oktyabr, saat 18:43

***

Siyəzənə qardaşının yanına gələn Rusiya vətəndaşı itkin düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1961-ci il təvəllüdlü Musayev Əmirağa Şirinbala oğlu bu ilin avqust ayının 31-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

İlkin əməliyyat-axtarış tədbirləri nəticəsində onu tapmaq mümkün olmayıb.

Şəkildə gördüyünüz şəxs barəsində məlumatı olan şəxslərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, (055) 211-55-62 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR