Sumqayıtda özünü güllələyən polis bankda mühafizəçi işləyirmiş - YENİLƏNİB

Sumqayıtda özünü güllələyən polis bankda mühafizəçi işləyirmiş - YENİLƏNİB
# 25 noyabr 2021 14:50 (UTC +04:00)

Sumqayıtda polisin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt Mühafizə Polis İdarəsinin əməkdaşı, baş serjant, 1979-cu il təvəllüdlü Mütəllimov Rahib Əli oğlu ehtiyatsızlığın qurbanı olub.

Hadisə bu gün şəhərin 40-cı məhəlləsində yerləşən, banklardan birinin Sumqayıt filialının yerləşdiyi inzibati binanın arxa hissəsində baş verib.

R. Mütəllimov bankda mühafizəçi kimi xidmətdə olub. Binanın arxa hissəsində yerləşən otaqlardan birinə keçən 42 yaşlı polis əməkdaşı xidməti silahı ilə ehtiyatsız davranıb, nəticədə silahdan atəş açılıb.

O, aldığı güllə yarasından vəfat edib.

Araşdırmalar davam edir.

***

12.22

Sumqayıtda mühafizə polisinin əməkdaşı xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb. Hadisə nəticəsində R.Mütəllimov vəfat edib.

Hazırda fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR