90-dan çox şəxsin məlumatlarını sistemə daxil edərək karantin rejimini pozan vəzifəli şəxsə cinayət işi açılıb

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 30 avqust 2021 17:11 (UTC +04:00)

Karantin rejiminin pozulması barədə Əhalinin Sosial Müdafiəsi Nazirliyininin (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyindən Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

APA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin (ƏƏSMN) mətbuat xidmətlərinin birgə məlumatda deyilir. Məlumatda qeyd olunub ki, araşdırma zamanı müəyyən edilib ki, ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sərbəst hərəkət etməyə məhdudiyyət qoyulduğu dövrdə vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçən Bayramov Şahid Şahin oğlu vəzifəli şəxs kimi öz səlahiyyətlərindən sui-istifadə edərək 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayları ərzində Bakı şəhəri və onun ətraf rayonları ərazisində sərbəst hərəkət etmələrini təmin etmək məqsədilə 90 nəfərdən artıq şəxsin şəxsi məlumatlarını Dövlət Əmək Müfəttişliyinin “Əmək Müqaviləsi Bildirişi” altsisteminə daxil edib, bununla da karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaradıb, nəticədə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanıb, istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

Hazırda iş üzrə ibtidai istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR