Ağstafda yol qəzasında xəsarət alanlardan ikisinin kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Ağstafda yol qəzasında xəsarət alanlardan ikisinin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
# 31 may 2020 21:07 (UTC +04:00)

Ağstafda "VAZ 2106" markalı minik maşınının körpüdən aşması nəticəsəində xəsarət alanlardan ikisinin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, onlar 1981-ci il təvəllüdlü İbrahimov Vidadi Vaqif oglu, 1979-cu il təvəllüdlü Abdullayev Həsən İsrafil oğludur.

***

20:48

Ağstafda baş verən qəzada 4 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Hərəkətə olan "VAZ 2106" markalı minik maşını körpüdən aşıb. Nəticədə 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR