Bakı sakinindən odlu silah götürülüb

Bakı sakinindən odlu silah götürülüb
# 15 sentyabr 2020 13:59 (UTC +04:00)

Paytaxt sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı dəmir yolu stansiyasının ərazisində Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Quliyevdən nömrəsi silinən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR