Bakıda 13 min manatlıq vakuum açarları oğurlanıb

Bakıda 13 min manatlıq vakuum açarları oğurlanıb
# 07 sentyabr 2020 12:51 (UTC +04:00)

Bakıda oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan X. Cavadov və Ə. Əliosmanovun ətraflarında Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların Əmircan qəsəbəsində Rayon enerji təchizatı və satışı idarəsinə məxsus transformator məntəqəsindən ümumi dəyəri 13 400 manat olan 2 ədəd vakuum açarını oğurlamaları da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR