Bakıda 4 nəfəri avtomobil vurub

Bakıda 4 nəfəri avtomobil vurub
# 13 avqust 2020 00:56 (UTC +04:00)

Bakının bir neçə rayonlarında piyadaların vurulması ilə nəticələnən yol qəzaları baş verib.

APA xəbər verir ki, yol-nəqliyyat hadisələri Qaradağ, Sabunçu, Nizami və Binəqədi rayonlarında qeydə alınıb.

Lökbatan qəsəbəsində 1998-ci il təvəllüdlü Qafarov Ruhin Rəfael oğlu yolu keçərkən onu minik avtomobili vurub. Zabrat qəsəbəsində isə küçədə hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi 1995-ci il təvəllüdlü Qurbanov Rüfət Orxan oğlunu vurub.

8-ci kilometr bazarının qarşısında baş vermiş avtoqəzada 1960-cı il təvəllüdlü Bağırova Bibixanım Abbas qızını minik avtomobili vurub. Xocəsən qəsəbəsində isə 1985-ci il təvəllüdlü Kərimov Araz Rəfael oğlunu avtomaşın vurub. Yaralılar 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR