Bakıda avtomobil aşıb, ölən var

Bakıda avtomobil aşıb, ölən var
# 17 noyabr 2020 15:09 (UTC +04:00)

Bakıda ölümə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində paytaxt sakini R.Heydərov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sərnişinlərindən Abşeron rayon sakini Ramil Sarıyev hadisə yerində ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR