Bakıda avtomobil mopedlə toqquşub, ölən var

Bakıda avtomobil mopedlə toqquşub, ölən var
# 20 iyul 2020 12:31 (UTC +04:00)

Bakıda avtomobil mopedlə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 18-də saat 19 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakinləri F.Məhərrəmovun idarə etdiyi “Mercedes” və Rüstəm Hümbətovun idarə etdiyi moped toqquşub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Hümbətov orada ölüb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR