Bakıda avtomobilin vurduğu piyada koma vəziyyətinə düşüb

Bakıda avtomobilin vurduğu piyada koma vəziyyətinə düşüb
# 21 avqust 2020 04:12 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Paytaxt sakini, 1965-ci il təvəllüdlü Ağayarov Kazım Ağayar oğlu yolun kənarında hərəkət edən zaman yüksək sürətlə gələn minik avtomobili onu vurub. Yaralı təcili təxirəsalınmaz tibbi yardım xidməti vasitəsilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Həkimlərin APA-ya verdiyi məlumata görə, yaralı xəstəxanaya komatoz vəziyyətdə daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR