Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda avtomobilin vurduğu piyada ölüb
# 21 sentyabr 2020 11:55 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 20-də saat 4 radələrində Nizami rayonunun H.Əliyev prospektində Kürdəmir rayon sakini N.Bağırov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Elvin Rəfixanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR