Bakıda biri azyaşlı olmaqla iki piyadanı avtomobil vurub

Bakıda biri azyaşlı olmaqla iki piyadanı avtomobil vurub
# 13 avqust 2020 00:40 (UTC +04:00)

Bakıda iki piyadanı avtomobil vurub.

APA xəbər verir ki, hadisə Binəqədi və Xəzər rayonlarında baş verib.

Sulutəpə qəsəbəsində 2009-cu il təvəllüdlü Qəhrəmanov Allahverdi Zaur oğlunu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Digər hadisə isə Binə qəsəbəsində baş verib. 2004-cü il təvəllüdlü Əliyev Hüseynəli Namiq oğlu velosipedlə hərəkətdə olarkən minik avtomobilinin zərbəsi ilə üzləşib. Yaralı ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR