Bakıda iki qardaşın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda iki qardaşın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır
# 29 iyul 2020 17:49 (UTC +04:00)

Bakıda iki qardaşın ölümünə səbəb olan yol qəzası törətməkdə təqsirli bilinən Azər Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, A. Həsənovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, hadisə martın 31-də saat 17 radələrində rayonun Güzdək qəsəbəsində baş verib. Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlər - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif Əlişanov hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR