Bakıda piyada keçidindən keçən gənc oğlanı avtomobil vurub - FOTO

Bakıda piyada keçidindən keçən gənc oğlanı avtomobil vurub - FOTO
# 13 noyabr 2020 01:58 (UTC +04:00)

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Salyan şosesində baş verib.

2000-ci il təvəllüdlü Abbasov Ruslan Səbuhi oğlu piyada keçidindən keçərkən onu "Honda" markalı nəqliyyat vasitəsi vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən 3 nömrəli şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlər ona sol baldır sümüyünün sınığı diaqnozu qoyub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR