Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var
# 23 sentyabr 2020 11:52 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, sentyabrın 22-də saat 20 radələrində Suraxanı rayonunun H.Əliyev prospektində İlqar Mehdiyevin idarə etdiyi “Mercedes” markalı minik və N.Abdullayevin idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub. Nəticədə İ.Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR