Faiq Bağırovun barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB

Faiq Bağırovun barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB
# 10 iyul 2020 17:40 (UTC +04:00)

Səbail rayon Məhkəməsində Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının təqdimatına baxılıb.

APA-nın məlumatına görə, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.

Faiq Bağırovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

saat 16:57

Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin rəisi Faiq Bağırov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə gətirilib.

APA-nın məlumatına görə, hazırda Səbail Məhkəməsində hakim Şahin Abdullayev sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdimatına baxılır.

Xatırladaq ki, F.Bağırov DTX tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR