Gəncədə evlərdən 18 min manatlıq oğurluq olub

Gəncədə evlərdən 18 min manatlıq oğurluq olub
# 17 iyul 2020 13:37 (UTC +04:00)

Gəncədə mənzillərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə iyulun 15-də Nizami rayon ərazisindəki evlərin birindən 6150 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Talıbov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha 1 evdən 12.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR